Türkiyədə 8 PKK terrorçusu məhv edilib

14:10 - 16 İyun 2019 - Xəbər

Türkiyənin güc strukturları ölkənin cənub-şərqində PKK silahlılarına qarşı növbəti antiteror əməliyyatı keçirib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şirnakda keçirilən əməliyyat zamanı 8 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə dinc sakinlərə, habelə dövlət orqanlarına qarşı silahlı hücumlar, terror aktları təşkil edirlər. ABŞ və Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilat siyahısına daxil edib. 

Xəbər xətti