Ana səhifə
16 Noyabr 2018

Şoyqu Bakıya niyə gəlir? - Natiq Mirinin şərhi

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə oktyabrın 13-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya səfər edəcək. Müdafiə Nazirliyindən bildirilib ki, Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır. Səfərin əsas məqsədlərini isə politoloq Natiq Miri Ucnoqta.az –a şərh edib.

 

“Son zamanlar Azərbaycana Rusiya diplomatlarının səfərləri intensivləşib. Bu onu göstərir ki, Rusiya Azərbaycanı heç bir mənada əldən vermək istəmir. Açığı, bu səfərlər heç də Azərbaycan üçün gözəl gələcək vəd eləmir.

Təbii ki, Rusiyanın indiki vəziyyətində o ölkənin Müdafiə Nazirliyinin marağındadır ki, Azəbaycan daim bir silah alıcısı olaraq, bütün silahları Rusiyadan alsın. Rusiya ilə silah al-verinə çox ciddi məhdudiyyətlər var. Buna görə də Rusiyanın Azərbaycana bir silah alıcısı kimi ciddi ehtiyacı var.

Amma bu səfər zamanı müzakirlər təkcə silah məsələsi ilə məhdudlaşmayacaq. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi də müzakirə obyekti olacaq. Rusiya Azərbaycanı öz orbitində saxlamaq üçün cəlbedici təkliflər ortaya atmalıdır ki, bu da Azərbaycanın əsas problemi olan Qarabağ münaqişəsiylə bağlı ola bilər.

Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində aparılan müzakirələrdə Rus qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi də müzakirə obyekti ola bilər. Bu Rusiyanın çoxdankı arzusudur. Amma, hesab edirəm ki, bu Azərbaycan üçün qəbuledilməzdir”.

 

Bəhruz

Tarix
11 Oktyabr 2014 [12:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin