Bakı sakinini cərəyan vuraraq öldürüb

22:35 - 15 İyun 2019 - HADİSƏ

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Rayonun Seyyid Hüseyn küçəsində yaşayan 1969-cu il təvəllüdlü Yusifov Teymur Rəşid oğlunu evdə cərəyan vurub. Zərərçəkmiş "təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən, yolda keçinib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib./report

Xəbər xətti