Yevlaxda iki maşın toqquşub, 3 nəfər yaralanıb

19:40 - 15 İyun 2019 - HADİSƏ

Yevlax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Rayonun Qoyunbinəsi kənd yolunda "VAZ" və "QAZel" markalı maşın toqquşub. Nəticədə 3 nəfər - 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu və onun 2001-ci il təvəllüdlü qardaşı Qədirli Yüsif Qaragöz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti