Bakıda 20 yaşlı oğlan ürəyindən bıçaqlandı

10:55 - 15 İyun 2019 - HADİSƏ

Xətai rayonu Məhəmməd Hadi küçəsi 93 ünvanında 20 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb. Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirib ki, Təcili Tibbi Yardıma çağırış gecə 00:20 radələrində olub: "Təcilim həkimləri gələndə yaralının vəziyyəti çox ağır olub. Avtomobilə qoyub xəstəxanaya aparanda yolda dünyasını dəyişib". Faktla əlaqədər Hüquq mühafizə orqanları araşdırmalara başlayıblar.

Xəbər xətti