Ağ Evin mətbuat katibi işdən çıxır

11:07 - 14 İyun 2019 - DÜNYA

Ağ Evin mətbuat katibi Sara Sanders iyunun sonunda öz postunu tərk edəcək.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb. D.Tramp yazıb: "O, inanılmaz bir iş görmüş qeyri-adi istedada malik xüsusi bir insandır! Ümidvaram ki, Arkanzasın qubernatoru üçün öz namizədliyini irəli sürəcək".

Qeyd edək ki, S.Sanders 2017-ci ildən Ağ Evin mətbuat katibi vəzifəsində çalışıb.

Xəbər xətti