Şəkidə 56 yaşlı çoban döyülüb

11:00 - 14 İyun 2019 - HADİSƏ

Şəkidə 56 yaşlı çoban döyülüb.

Rayonun Böyük Dəhnə kənd sakini, 1963-cü il təvəllüdlü İslam Məmməd oğlu Məmmədov axşam saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bədənin müxtəlif bədən xəsarətləri ilə çatdırılıb.

Müayinə zamanı məlum olub ki, 56 yaşlı İslam Məmmədov çobanlıqla məşğul olduğu ərazidə naməlum şəxs tərəfindən döyülüb.
İ.Məmmədova ilkin tibbi yardım göstərilib, ona sağ təpə və müxtəlif nahiyələrində kəsilmiş və əzilmiş yaraları diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti