Lənkəranda 17 yaşlı gənc laqonda ilə ayaqlarına xəsarət yetirib

Lənkəran rayonunda 17 yaşlı gənc ayaqlarını kəsici alətlə kəsib.

Hadisə Osakücə kəndində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Ravil Ramil oğlu Hüseynov hər iki ayağının arxa səthində vətərlərin kəsilmiş-didilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaxınlarının dediyinə görə, R.Hüseynov yerdə olan "laqonda" ilə əlindəki dəryazı itiləmək istəyirmiş. Lakin ehtiyatsızlıqdan işlək vəziyyətdə olan "laqonda"nın üstünə yıxılıb. Nəticədə ayaq vətərləri kəsilərək çoxlu qan itirən R.Hüseynova ilkin zəruri tibbi yardımlar göstərildikdən sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır./report

Tarix
14 İyun 2019 [10:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-14 10:42:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin