Masallıda avtomobil piyadaları vurub

10:01 - 14 İyun 2019 - HADİSƏ

Masallı rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayon ərazisində, şərti olaraq "Stansiya" adlandırılan yerdə qeydə alınıb. Belə ki, "Ford" markalı avtomobil Masallı rayon sakinləri - 1989-cu il təvəllüdlü Şahbazov Fərhad Valeh oğlunu və 1993-cü il təvəllüdlü Hüseynov Anar Aydın oğlunu vurub. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti