Zaqatalada ər arvadını qətlə yetirdi

22:45 - 13 İyun 2019 - HADİSƏ

Zaqatalada ər arvadını qətlə yetirib.

Hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində, el arasında “Muxax selpo” deyilən ərazidə baş verib. Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır. /qafqazinfo

Xəbər xətti