"Yanardağ" qoruğuna biletin qiyməti məlum olub

Fuad Nağıyev: "Xarici turistlər üçün "Yanardağ" qoruğuna bilet 9 manat olacaq"

"Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu avqustun 1-dən fərqli qiymətlərlə xidmət göstərəcək". Ucnoqta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, xarici vətəndaşlar üçün qoruğa giriş 9 manat olacaq: "Turizm şirkətləri əvvəldən saziş bağlayıblarsa və buna dair sübutları olsa onlara köhnə qiymətlər tətbiq ediləcək. Yerli turistlər üçün qoruğa giriş 2 manatdır. Eyni zamanda bəzi sosial təbəqələr üçün biletlərin qiymət fərqli olacaq. Belə ki, tələbələr üçün bilet 1 manat, məktəblilər üçün isə pulsuz olacaq".

F.Nağıyev əlavə edib ki, gün ərzində "Yanardağ"a 500-700 əcnəbi turist gəlir və hazırda da artım müşahidə edilir: "Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, otellər, turizm informasiya mərkəzlərində "Yanardağ"la məlumatlar olacaq".

Tarix
13 İyun 2019 [12:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-13 12:40:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin