Milli Məclisin növbədənkənar sessiyası başlayıb

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın iclasın gündəliyinə 36 məsələ daxildir.

Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Bələdiyyələrin statusu haqqında” və s. qanunlara, o cümlədən Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələridir.

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxılacaq.
İclas iyunun 14-də də davam etdiriləcək.

Növbədənkənar sessiyanın iyunun 28-də, iyulun 9-da və 12-də plenar iclaslarının keçirilməsi planlaşdırılır./report

Tarix
13 İyun 2019 [12:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-13 12:08:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin