Ana səhifə
18 Noyabr 2018

Prezidentlər savaşdı (FOTO)

MDB prezidentlərinin Minskdə baş tutan sammitində münaqişə yaranıb.

Ucnoqta.az xəbər verir ki, sammit zamanı Rusiya prezidenti Vladimir Putin ilə Moldova prezidenti Nikolae Timofti arasında mübahisə baş verib. Mübahisə Tacikistan prezidentinin çıxışı zamanı gərginləşib. Emoməli Rəhmon İŞİD terror təşkilatı və Əfqanıstandakı mövcud vəziyyətin MDB-yə xarici təhlükələr yaratdığını söyləyib. 

Bu zaman isə Rusiya və Moldaviya liderləri jestlərlə və baxışlarla qızğın müzakirə edirdi. Prezidentlər arasındakı atmacaları jurnalistlər konkret eşitmirdilər. Amma, elə bir təəssürat yaranmışdı ki, sanki prezidentlər indicə bir-birinin sinəsindən tutacaqlar.

Hətta Qırğızıstan prezidenti Almazbek Atambayev qızğın mübahisənin böyüyəcəyindən ehtiyatlanaraq Belarus prezidenti Aleksandr Lukaşenkonu xəbərdar edib. Atambayev masadakı karandaşı götürərək Lukaşenkoya tələsik qeyd yazıb.

Ancaq, xoşbəxtlikdən Lukaşenkonun münaqişəyə müdaxiləsinə ehtiyac qalmayıb. Prezidentlər mübahisəni yekunlaşdıraraq özlərini ələ almağı bacarıblar.(ANS PRESS)

Tarix
11 Oktyabr 2014 [12:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin