İmişlidə 62 yaşlı kişi çayda boğulub

22:21 - 12 İyun 2019 - HADİSƏ

İmişli rayonunun Otuz ikilər kənd sakini 1957-ci il təvəllüdlü Balayev Arazxan İnşallah oğlu çayda çimərkən boğularaq ölüb. 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, meyit sakinlər tərəfindən çaydan çıxarılıb. A.Balayevin cəsədi aidiyyəti üzrə ekspertizaya göndərilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti