Azərbaycanda yararlı çimərliklərin işarələnməsi təklif olunur

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimmək üçün yararlı olan çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə layihə hazırlayır.

Bunu Nazirliyin mətbuat katibi İradə İbrahimovadeyib.

Onun sözlərinə görə, layihəyə əsasən, çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif edilir.

Qeyd edək ki, dünyada belə bir təcrübədən istifadə olunur və ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur. Dünyanın bir sıra ölkələrinin çimərliklərində sancılan mavi bayraq çimərliyin yüksək imic qazanmasını göstərir./report

Tarix
12 İyun 2019 [16:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-12 16:04:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin