Azərbaycana qanunsuz miqrant gətirən 3 nəfər Hindistan, 1 nəfər Pakistan vətəndaşı azadlıqdan məhrum ediliblər
"2018-ci ildə qanunsuz miqrantların Azərbaycana gətirilməsi kanalları aşkar edilib". APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib və cinayət işi başlanıb.
"Nəticədə 3 nəfər Hindistan, 1 nəfər Pakistan vətəndaşı 8-9 il müddətinə azadlıqdan məhrum ediliblər", - P. Musayev vurğulayıb.