Vaqif Sadıqov: "Yurçeviçlə davam etsək, ..."

Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Slovakiyaya biabırçı hesabla uduzması narazılıqla qarşılanıb. Bunun nəticəsi kimi, oyundan dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və yığmamızın baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb edilib.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov da oyundan dərhal sonra təcili toplantı keçirildiyini təsdiqləyib:

“Çox danışmağa ehtiyac yoxdur. Pis oyun keçirdik. Əvvəl elə idi ki, meydanda bizi qane etməyən oyun tabloda razı salırdı və ya əksinə olurdu. Ancaq dünən nə meydandakı, nə də tablodakı oyun bizi qane etdi. Buna görə də oyundan dərhal sonra İcraiyyə Komitəsinin üzvləri təcili toplantı keçirərək millimizin baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb etdi”.

Vaqif Sadıqov açıqlamasında Yurçeviçin istefaya göndərilməsi ehtimalından da söz açıb: “Hazırda belə vəziyyətdə nəsə demək çətindir. Yurçeviçə İcraiyyə Komitəsinin narazılığı bildirilib. Yaxından ondan hesabat tələb olunacaq və o zaman müzakirə aparılacaq. İndidən nəsə deməyə çətinlik çəkirəm. Geniş müzakirələrə ehtiyac var.  Görünən odur ki, Yurçeviçlə davam etsək, eyni nəticələr olacaq. Lakin hər şeyi baş məşqçinin üzərinə atmaq da düzgün deyil. Bu, komanda işidir. Biz Yurçeviçi milliyə baş məşqçi təyin edəndə, o, bizə Azərbaycan futbolu ilə yaxından tanış olduğunu bildirmişdi. Tezliklə güclü bir komanda yaradacağını demişdi. Ancaq təəssüf ki, bunun şahidi olmamışıq”.

***

AFFA-nın baş katibi Elxan Məmmədov dünənki məğlubiyyətlə bağlı "Qafqazinfo"ya açıqlamasında danışa bilmədiyini və iclasda olduğunu qeyd edib.
Ehtimal olunur ki, gün ərzində Nikola Yurçeviç istefaya göndəriləcək.

Tarix
12 İyun 2019 [11:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-12 11:23:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin