Bakıda avtobus qəzasında xəsarət alanların şəxsiyyəti məlum oldu

Bakının Zığ qəsəbəsində marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan qadınların şəxsiyyəti məlum olub.

Hadisə nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Məmmədova Sülahət Təbriz qızı və 1975-ci il təvəllüdlü Həsənova Könül İmamverdi qızı qapalı kəllə-beyin travması ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan K.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan digər qadın, 1984-cü il təvəllüdlü Zeynalova Aysel Sultay qızı isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, paytaxtın Xətai rayonu, Zığ yolunda 104 saylı marşrut avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində 3 qadın xəstəxanaya yerləşdirilib./trend

Tarix
11 İyun 2019 [17:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-11 17:43:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin