Putin oktyabrın 1-də Yerevana gedəcək

14:54 - 11 İyun 2019 - DÜNYA

Rusiya prezidenti Vladimir Putinin oktyabrın 1-də Yerevana səfəri planlaşdırılır. 

APA “ArmenPress”-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin mətbuat konfransında bildirib. Onun sözlərinə görə, V.Putin Avrasiya İqtisadi Şurasının Yerevanda keçiriləcək iclasında iştirak edəcək.

Səfir həmçinin qeyd edib ki, 2018-ci ildə Rusiya-Ermənistan arasında ticarət dövriyyəsi 11 faiz artaraq 2 milyard ABŞ dolları təşkil edib. 

Xəbər xətti