Təyyarə qarpız tarlasına düşdü - 1 ölü, 2 yaralı

16:40 - 10 İyun 2019 - DÜNYA

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda təyyarə qəzası baş verib.

Tək mühərrikli təyyarənin qarpız tarlasında düşməsi nəticəsində bir nəfər ölüb, ikisi isə yaralanıb.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında da eyni bölgədə təlim təyyarəsi qəzaya düşmüş, iki nəfər ölmüşdü./qafqazinfo

Xəbər xətti