Zərdabda 50 yaşlı kişiyə oğlunun hərəkətinə görə qadın paltarı geyindiriblər

14:05 - 10 İyun 2019 - HADİSƏ

Zərdab rayonunda 50 yaşlı kişi oğlunun hərəkətinə görə alçaldılıb.

Hadisə rayonun Körpükənd kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri 33 yaşlı R.Babayev, 42 yaşlı Z.Əhmədov, 44 yaşlı T.Babayev və 25 yaşlı H.Həsənzadə həmkəndliləri olan 50 yaşlı M.Kərimovu kəndin mərkəzinə çağırıblar. Orada ona “sənin oğlun bizim qadın qohumumuzun telefon nömrəsini qonşu kənddən olan kişiyə verib” deyərək M.Kərimovun əyninə zorla qadın paltarı geyindirib və başına yaylıq bağlayıblar.

M.Kərimovun oğlunun (onun 26 yaşı var) nömrə verdiyi deyilən şəxs isə 29 yaşlı R.Zeynalovdur. Hadisə zamanı onun avtomobili kənddə olub. Qəzəbli şəxslər onun avtomobilini aşırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni saxlayıb, fakt üzrə araşdırma aparılır./report

 

Xəbər xətti