Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını KƏSDİ

10:11 - 10 İyun 2019 - HADİSƏ

Bakıda ər arvadının boğazını kəsib. 

Hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib. 
Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti