Poroşenko baş nazir olmaq istəyir

Petro Poroşenko Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələcəkləri halda ölkənin yeni Baş naziri olacağını istisna etməyib.

Ukraynanın beşinci prezidenti P.Poroşenko bu barədə rəhbəri olduğu “Avropa həmrəyliyi” partiyasının bazar günü keçirilən qurultayında çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, parlament seçkilərində qalib gəldikləri halda Baş nazir olmaq şansı böyükdür.

Xatırladaq ki, apreldə prezident seçkilərindəki məğlubiyyətindən sonra Poroşenko bəyan etmişdi ki, siyasətdən getmək niyyəti yoxdur.
Ölkədə növbəti parlament seçkiləri oktyabrda baş tutacaq. /qafqazinfo

Tarix
9 İyun 2019 [18:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-09 18:34:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin