Abşeronda it 5 yaşlı uşağın başını dişləyib- vəziyyəti ağırdır

09:47 - 9 İyun 2019 - HADİSƏ

Abşeronda it 5 yaşlı uşağı dişləyib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində baş verib.

Belə ki, 2014-cü il təvəllüdlü Abdullayev Məhəmməd Mətləb oğlunu qonşunun iti dişləyib. Azyaşlı başın təpə-ənsə nahiyəsinin cırılmış, didilmiş yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Yaralının xəsarəti ağır olduğu üçün o, müalicəsini xəstəxanada davam etdirir. 

Xəbər xətti