Ana səhifə
20 Sentyabr 2018

Nazirliyə 27000-dən çox müraciət daxil olub

Ucnoqta.az” xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, Sentyabrda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 600-ə yaxın, indiyədək isə 27500-ə yaxın müraciət daxil olub. Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlıdır.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların Nazirliyə gəlmədən operativ və ətraflı cavablandırılması məqsədilə yaradılmışdır.  Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Tarix
11 Oktyabr 2014 [12:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin