Su daşıyan qadın kanalda boğuldu

22:55 - 7 İyun 2019 - HADİSƏ

Saatlı sakini su kanalında boğulub.

Hadisə  rayonun Şirinbəyli kənd ərazisindən keçən Sahil kanalında baş verib. Belə ki, rayonun Fətəlikənd kənd sakini, 1976-cı il təvəllüdlü Pənahova Qətibə Həsənxan qızı axşam saatlarında su gətirmək üçün Sahil kanalına üz tutub.

O, vedrələri su ilə doldurmaq istəyən zaman qəfil ayağı sürüşüb,  kanala düşərək  suda boğulub. Yaxınlıqdakı adamlar tərəfindən qadının meyiti sudan çıxarılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti