Bakıda kriminal avtoritet güllələndi

20:22 - 7 İyun 2019 - HADİSƏ

Bakının Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib.

Bu barədə Oxu.Az-a sözügedən rayonun Polis İdarəsindən məlumat verilib. Hadisə “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Əlavə məlumat veriləcək.

Xəbər xətti