Göyçayda 167 kiloqram ölmüş heyvan cəmdəyi aşkarlandı — Foto

17:40 - 7 İyun 2019 - HADİSƏ

Göyçayda diri çəkisi 167 kiloqram olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumat əsasında Göyçay şəhəri, Ə.Məmmədxanlı küçəsində Hacıyev Soltan Ağaəli oğlunun avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə başı kəsilən, istehlaka yararsız, diri çəkisi 167 kiloqram olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilib. Məlum olub ki, aşkarlanan heyvan cəmdəyi insan istehlakı üçün tamamilə yararsızdır.

Agentliyin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin məhv edilməsi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırma davam edir./oxu.az

Xəbər xətti