Bakıda qonaq ev sahibini qətlə yetirdi

13:10 - 7 İyun 2019 - HADİSƏ

Sabunçu rayonunda qətl hadisəsi baş verib.

İyunun 6-da saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gələn şəxsin ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk etməsi və ev sahibinin ölməsi barədə məlumatdan sonra polis əməkdaşları həmin ünvana gəlib.

Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən hadisə yerində tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.

C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır./olke.az

Xəbər xətti