Biləsuvarda yol qəzası olub, 1 nəfər xəsarət alıb

09:36 - 7 İyun 2019 - HADİSƏ

Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Feyzullayev Nurlan Qasım oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yeniyetmə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti