Pirşağı sakini ehtiyatsızlıqdan laqunda ilə üzünü kəsdi

08:19 - 7 İyun 2019 - HADİSƏ

Sabunçu rayonunda ehtiyatsızlıqdan 52 yaşlı kişini laqunda kəsib. 

Hadisə Pirşağı qəsəbəsində baş verib. 1967-ci il təvəllüdlü Hüseynov Elşən Abdı oğlu həyətdə iş gördüyü zaman bədbəxt hadisə baş verib. Belə ki, o, ehtiyatsızlıqdan əlindəki laqunda ilə üzünü kəsib.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona üzün kəsilmiş-deşilmiş yarası diaqonozu qoyulub.
E.Hüseynova ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti