Türkiyə İraqın şimalında daha 5 terrorçunu məhv etdi

15:09 - 6 İyun 2019 - DÜNYA

Türkiyə hərbçiləri İraqın şimalında keçirdikləri əməliyyat zamanı daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı xəbərdə qeyd edilib.
Məlumata görə, əməliyyat Xakurk və Zal rayonlarında aparılıb.

Qeyd edək ki, Türkiyə Hərbi Qüvvələri bu rayonlarda əməliyyatlara mayın 28-də başlayıb. Əməliyyatlara xüsusi təyinatlılar, eləcə də "Atak" vertolyotları cəlb olunub./trend

Xəbər xətti