Şəkidə qəza iki bacını xəstəxanalıq etdi

18:23 - 4 İyun 2019 - HADİSƏ

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Məlumatına görə, qəza bir neçə dəqiqə əvvəl qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan "Jiquli" markalı avtomobilin "Mercedes" ilə toqquşması nəticəsində iki nəfər xəsarətlər alıb.

Xəsarət alan şəxslər taksinin sərnişinləri olan iki bacıdır. 1974-cü il təvəllüdlü Bəkirova Ruziyə Əlövsət qızı bədənin, başın müxtəlif nahiyələrinin travması, 1979-cu il təvəllüdlü Mabudova Leyli Əlövsət qızı isə sol qolun aşağı hissəsinin sınığı ilə xəstəxanaya yerləşdiriliblər.

Hazırda R.Bəkirova reanimasiya şöbəsindədir və onun komada olduğu bildirilir./trend

 

Xəbər xətti