I Lənkəran Beynəlxalq Teatr festivalı keçirilir

17:14 - 4 İyun 2019 - Mədəniyyət

İyunun 1-dən 5-dək I Lənkəran Beynəlxalq Teatr festivalı keçirilir.

Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu sənət bayramı ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Lənkəran Dövlət Dram Teatrında baş tutur.

Festivala ölkəmizin 10 sənət ocağı – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət KuklaTeatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və Ol Teatrı öz tamaşaları ilə qatılır.

Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination” Teatrı, Gürcüstanın Azadlıq Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edir. Bakı Uşaq Teatrı da bu festivalda "Göyçək Fatma" tamaşası ilə çıxış edib. “Göyçək Fatma” Milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşada balalarımıza ədalətli olmaq kimi gözəl duyğular aşılanir.

Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur. Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş tamaşa 7-13 yaşlı uşaqlar üçün nəzərdə tutulur. Rejissor - İntiqam Soltan (Res.əməkdar artisti),Rejissor assistenti - İlhamə Əhmədova Rəssam - Sevda Məmmədova, Qrim rəssamı- Zəminə Allahverdiyeva, Musiqi tərtibatı - Rauf Hüseynli. Rollarda: Göyçək Fatma - Türkan Şahmarlı, Baba -Niyaz İlyasoğlu, Nənə - Sovqat Səmədova,Ögey ana - Könül Şahbazova, Ata, Aşıq - Niyaz Novruzov, Çirkin Fatma- Nicat Əhmədov,Qarı Gülər- Ləzgiyeva ,Şahzadə- Qurban Əhmədov, Keşikçi - Emin Bala


Xəbər xətti