Sevdiyi qızı maşında bıçaqlayıb avtomobili dərəyə aşırdı - Bakıda

15:42 - 4 İyun 2019 - HADİSƏ

Dünən 13 radələrində Yasamal rayonu Yeni Dairəvi yolunda dəhşətli yol qəzası baş verib. 

Məlumata görə, yolun kənarındakı dərədə aşmış vəziyyətdə olan “Daewoo” markalı avtomobil və onun yanında kişi və qadın meyiti olması barədə DİN-in “102- Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla avtomobilin MMC-lərdən birinə məxsus olması, meyitlərin Bakı şəhər sakini V.Abbasov və Sabirabad rayon sakini A.Əliyeva olması müəyyən edilib.

Onlar V.Abbasovun idarə etdiyi “Daewoo” markalı avtomobili dərəyə aşırması nəticəsində ölüblər.

ONA-nın məlumatına görə, sürücü Vasif Abbasov sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını avtomobildə bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib.

Yasamal RPİ tərəfindən araşdırma aparılır./qafqazinfo

Xəbər xətti