Nardaran sakinindən odlu silah götürülüb

13:53 - 4 İyun 2019 - HADİSƏ

Nardaran qəsəbə sakininin həyətində çətənə kolları və ov tüfəngi aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Muradovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 107 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 745 qram marixuana, habelə lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.

Xəbər xətti