İranda tayfalar arasında dava: Ölən və yaralanan var

12:28 - 4 İyun 2019 - DÜNYA

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zehək rayonunun kəndlərindən birində iki tayfa arasında dava baş verib.

Bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, ov tüfəngi ilə açılan atəş nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./trend 

 
 
 

 

Xəbər xətti