Bakıda çoxmərətəbəli binada yanğın

12:25 - 4 İyun 2019 - HADİSƏ

Bakıda çoxmərətəbəli binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır.

Hazırda yanğınsöndürmə və digər zəruri tədbirlər davam etdirilir.

 


Xəbər xətti