Bakıda orta yaşlı şəxs bıçaqlanıb

22:20 - 3 İyun 2019 - HADİSƏ

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

1988-ci il təvəllüdlü Əliyev Vüqar Şöhrət oğlu rayonun 2-ci mikrorayonu ərazisində naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq zərbələri alıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. V.Əliyev dərhal əməliyyat olunub və reanimasiyaya yerləşdirilib./report

 

Xəbər xətti