Sumqayıtda yaşayış binasında yanğın olub

22:16 - 3 İyun 2019 - HADİSƏ

Sumqayıtda yanğın qeydə alınıb.

FHN-dən  verilən məlumata görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti