Gəncədə məhkum özünə xəsarət yetirib

20:48 - 3 İyun 2019 - HADİSƏ

Gəncədə məhkum dəmir parçası ilə özünə xəsarət yetirib.

Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında cəza çəkən Ağstafa rayon sakini, 30 yaşlı Tural Fərəcov dəmir parçası ilə özünə xəsarət yetirib. O, xəstəxanaya aparılıb. Tibbi yardımdan zonra vəziyyəti normal qiymətləndirilir. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır./ONA

Xəbər xətti