Yasamalda ağır qəza - Avtomobil yüksəklikdən yuvarlandı, 2 nəfər öldü

19:16 - 3 İyun 2019 - HADİSƏ

Bakıda ağır qəza baş verib.

Hadisə Yasamal rayonu, Bakı Dairəvi - 1 avtomobil yolunda qeydə alınıb. Nəqliyyat vasitəsi yoldan çıxaraq üzüaşağı Xocahəsən gölü istiqamətinə yuvarlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəzada iki nəfər dünyasını dəyişib.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub, xilasetmə işləri aparılır.
Hələlik dünyasını dəyişən şəxslərin kimliyi məlum deyil.

Baş vermiş hadisə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, qəzaya düşən nəqliyyat vasitəsi avtobus olmayıb.
"Yasamal rayonunda baş vermiş hadisədə qəzaya düşən avtomobil şəxsi nəqliyyat vasitəsidir"./trend

Xəbər xətti