Donald Tramp Böyük Britaniyada dövlət səfərindədir

12:54 - 3 İyun 2019 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada dövlət səfərindədir.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, onun səfərinə Kraliça II Elizabet ilə görüş, Böyük Britaniya və Fransada keçiriləcək Normandiyada müttəfiqlərin dəniz desant əməliyyatının 75 illik yubileyi ilə əlaqədar mərasim, eləcə də İrlandiyaya səfər daxildir.

D.Tramp yola çıxmazdan əvvəl keçirdiyi mətbuat konfransında yalnız "Brexit" üzrə ertələmələrə görə istefaya gedəcək Baş nazir Tereza Mey ilə deyil, həm də onun mümkün xələfi Boris Consonla görüşəcəyini bildirib.

Digər tərəfdən ABŞ Prezidentinin Londonda böyük etirazlarla qarşılanacağı, hətta bu dəfə ötən il 100 min adamın London küçələrinə çıxdığı etirazlardan daha böyük miqayaslı nümayişlərin olacağı gözlənilir. Belə ki, bu dəfə onların sayının 250 minə çatacağı bildirilib. Bu səbəbdən dövlət səfərinin proqramında dəyişiklik olunub, məsələn, açıq ekipajda səfərdən imtina edilib.

Xəbər xətti