Masazırda minik avtomobili “Shacman”la toqquşub- 1 nəfər ölüb

08:33 - 3 İyun 2019 - HADİSƏ

Abşeron rayonunun Masazır qəsəbəsində ağır yol qəzası hadisəsi baş verib

Ucnoqta.az FHN-ə istanədn xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində “LADA” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti