Cəlilabadda taxıl sahələrində yanğın (Yenilənib)

19:09 - 2 İyun 2019 - ÖLKƏ İÇİ

Cəlilabad rayonunda bir neçə yerli sakinə məxsus taxıl sahələrində baş vermiş yanğın söndürülüb.

Yanğın hadisəsi yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsi yaxınlığında baş verib. Yanğın FHN-nin Cəlilabad Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvələri cəlb edilərək söndürülüb. Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın nəticəsində 1 hektar biçilməmiş, 1 hektar biçilmiş taxıl sahəsi yanıb. Həmçinin yarım hektar ərazidə də kol-kos yanıb.

Yanğından zərəçəkənlərin "Report"un yerli bürosuna verdikləri məlumata görə, yanğın nəticəsində onların noxud sahələrinə də ziyan dəyib.

Yanğının siqaret kötüyündən baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır./report


18:46

Cəlilabad rayonunda taxıl sahələrində yanğın başlayıb.


Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, bir neçə yerli sakinə məxsus taxıl sahələri yanır. Hazırda hadisə yerinə FHN-nin Cəlilabad Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvələri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti