Sumqayıtda sərnişin avtobusu qəfildən YANDI - FOTO

18:14 - 2 İyun 2019 - HADİSƏ

Bu gün Sumqayıtda marşrut avtobusunda yanğın olub.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti ilə 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəfildən alışmağa başlayıb. Sürücü  avtobusu saxlamağa müvəffəq olub və nəqliyyat vasitəsində olan sərnişinlər dərhal düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının avtobusun digər hissələrinə keçməsinin qarşısı  alınıb.
Hadisə zamanı xəsarət alan  olmayıb.


Xəbər xətti