Masazırda avtomobil piyadanı vurub - FOTO

11:59 - 2 İyun 2019 - HADİSƏ

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, Masazır dairəsində Xırdalan istiqamətində "Mercedes" markalı maşın piyadanı vurub.

Avtomobil daha sonra işıq dirəyinə çırpılıb və nəticədə dirək aşıb. Ağır xəsarət alan piyada digər maşınla xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti