Astarada ağır yol qəzası- 1 ailənin 4 üzvü yaralanıb, biri ölüb

10:54 - 2 İyun 2019 - HADİSƏ

Astarada ağır yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Taxtanakəran kəndi ərazisində qeydə alınıb. Lerik rayonu Kaqoy kənd sakini, 1981-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov idarə etdiyi "Niva"markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil dağlıq-meşəlik ərazidə yoldan çıxaraq dərəyə aşıb. Belə  ki,"Niva" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1 ailənin 5 üzvü ağır xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərov, 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova, 1980-cil təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov və 2004-cü il təvəllüdlü Səfərov Aytəkin Əbülfət qızıdır. Aytəkin Səfərovanın həyatını xilas etmək olmayıb və dünyasını dəyişib

Xəbər xətti