Geriyə hərəkət edən maşına avtobus çırpıldı: 1 ölü, 15 yaralı - VİDEO

14:00 - 31 May 2019 - HADİSƏ

İstanbulda avtobusun minik maşınına çırpılması nəticəsində 1 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, hadisə mayın 31-i səhər saatlarında Umraniyə rayonunun şimal Marmara avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, yol ayrıcını unudaraq keçən sürücü, avtomobilini geriyə hərəkət etdirərək unutduğu yola qayıtmaq istəyib. Bu arada arxadan gələn avtobus nəqliyyat vasitəsini görməyərək ona çırpılıb. Toqquşmanın şiddətində avtobus aşıb.

Avtomobilin içərisində olan 1 nəfər hadisə yerində həyatını itirib. Avtobusda olan 15 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

3

Xəbər xətti