Kürdəmirdə kombayn taxıl zəmisini yandırdı - FOTO

08:32 - 31 May 2019 - HADİSƏ

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın baş verib.

Hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl sahəsində baş verib. Yanğın 44 hektar taxıl sahəsinin 2 hektarını əhatə edib. Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb.

Yanğının artıq söndürüldüyü bildirilir.
Hazırda fermerə dəyən ziyan araşdırılır./oxu.az


Xəbər xətti